Bu gün Yunanıstan Respublikasının Azərbaycan Rerspublikasındakı səfirliyinin İqtisadi məsələlər üzrə yeni müşaviri xanım Aliya Papanastasui ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və vitse-prezidenti Mehman Əhmədovun Palatada görüşü keçirildi.
Görüşdə Azərbaycan-Yunanıstan arasındakı iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ikitərəfli iqtisadi tədbirlərin keçirilmə potensialı, o cümlədən, müəyəyn layihələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.