2 oktyabr 2026-cı il tarixində Asiya-Sakit Okean Ticarət və Sənaye Palataları Konfederasiyası (CACCI) çərçivəsində fəaliyyət göstərən Asia-Sakit Okean Gənc Sahibkarlar Qrupu (YEGAP) və Yaponiya Gənc Sahibkarlar Qrupu (Japan YEG) nümayəndələri ilə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının Prezidenti arasında görüş keçirilib.

Görüşdə YEGAP-ın 2024–2026-cı illər üzrə sədri Hiromi Aoki, YEGAP-ın sədr müavini Ekaterina Ueda, həmçinin Japan YEG-in Beynəlxalq Komitəsinin üzvü Kei Inobe iştirak ediblər.

Görüş zamanı Azərbaycan ilə Asiya-Sakit Okean regionu ölkələri arasında iqtisadi və işgüzar əlaqələrin inkişaf etdirilməsi, sahibkarlar və biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər sahibkarlar arasında birbaşa işgüzar əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcəkdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ilə yekunlaşıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın