Azərekspertiza Birliyi

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 1994-cü ildə yaradılmış «Azərekspertiza» Birliyi çoxsahəli təşkilatdır.
Öz Nizamnaməsini rəhbər tutaraq Birlik, hüquqi və fiziki şəxslərin sifarişi ilə və müvafiq orqanlarιn tapşırığına əsasən aşağıdakι işləri yerinə yetirir:

Kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq) əmtəənin məhsulun kəmiyyət və keyfiyyət ekspertizası;
- Əmtəə və nəqliyyat vasitələrinin identifikasiyası, o cümlədən gömrük məqsədilə;
- Əmtəənin mənşə ölkəsinin müəyyən edilməsi ekspertizası;
- Yükün, o cümlədən sığorta edilmiş yükün vəziyyətinin ekspertizası:
- keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin dəyər ifadəsi və ya sığorta hadisəsinin başlanması zamanı faktiki kəmiyyəti;
- Daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi;
- Alqı-satqı, girov, səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyən edilməsi:
- Girov qoyulan əmlakın/malların kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təyin edilməsi «Azerekspertiza» Birliyinin nümayəndələri Gəncə, Sumqayıt, Şəki, Xaçmaz, Astara, Tovuz, Biləsuvar şəhərlərində xidmət göstərirlər.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın