3 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında İstanbul Ticarət Palatasının nümayəndə heyəti ilə birlikdə Türkiyənin HAVELSAN şirkətinin proqram meneceri İsmayıl Merdol Yıldız ilə görüş keçirilib.
Görüş zamanı informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən HAVELSAN şirkətinin təqdimatı keçirilib. Şirkətin dövlət və özəl sektor üçün təqdim etdiyi rəqəmsal həllər, sənədlərin rəqəmsallaşdırılması, iş proseslərinin optimallaşdırılması və süni intellekt texnologiyalarından istifadə sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Eyni zamanda İstanbul Ticarət Palatası ilə birgə həyata keçirilən layihələr, rəqəmsal transformasiya istiqamətində əldə olunan nəticələr və biznes proseslərinin səmərəliliyinin artırılması sahəsində görülən işlər müzakirə olunub.
Görüş zamanı Azərbaycan təşkilatları ilə gələcək əməkdaşlıq imkanları və mümkün birgə layihələrin həyata keçirilməsi perspektivləri də nəzərdən keçirilib.


