Cari ilin 05 oktyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Banqladeş Ticarət və Sənaye Palatasının direktoru, BMT İnformasiya Akademiyasının (UNI) daimi üzvü Dr. Ashok Kumar Gupta arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan–Banqladeş arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı iqtisadi imkanların təşviqi məsələləri müzakirə olunub.
Tərəflər xüsusilə ticarət və investisiya, enerji, əczaçılıq və səhiyyə, aqrar sənaye, istehsal, infrastruktur, texnologiya, təhsil və özəl sektor tərəfdaşlığı kimi istiqamətlərdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüş çərçivəsində iki ölkənin biznes icmaları arasında birbaşa əlaqələrin gücləndirilməsinin yeni ticarət və investisiya imkanlarının formalaşmasına töhfə verə biləcəyi vurğulanıb.


