24 May 2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan "Xarici ticarət  və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirildi. Onlayn formatda keçirilən iclasda işçi qrupuna daxil olan bütün dövlət idarələri, agentliklər, təşkilatların nümayəndələri arasında 2022-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıldı.

"Xarici ticarət  və ticarət tarifləri" üzrə İşçi qrupuna daxil olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası da öz növbəsində Fəaliyyət Planında öz sahəsi ilə əlaqədar məsələlərin həyata keçirilməsi ilə bağlı müzakirələrdə iştirak etdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın