10 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov Türkiyənin Bursa Ticarət Borsasının nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Bursa Ticarət Borsasının İdarə Heyətinin sədri Özer Matlı rəhbərlik edib. Heyətin tərkibinə meyvə-tərəvəz, qırmızı ət, kənd təsərrüfatı məhsulları, restoran biznesi, zeytun yağı və digər sahələrdə fəaliyyət göstərən 25-dən çox şirkətin nümayəndələri daxil olub.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, kənd təsərrüfatı və ərzaq sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması və sahibkarlar arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıblar.


