06 iyul 2019-cu il tarixində AR TSP-nin vitse-prezidenti Nazim Tatliyev və Sərgi və reklam şöbəsinin rəisi Ervin Sadıqov ilə Çinin Sian şəhərinin Kommersiya İdarəsinin inspektoru An Szyanyun və onun 12 nəfərdən ibarət nümayəndə heyətinin Palatada görüşü baş tutdu.

Görüş zamanı iki ölkə arasında iqtisadi münasibətlər, biznes mühitin daha da inkişaf etidirilməsi,  nəqliyyat qovşağında yerləşən Azərbaycanın Çin üçün əhəmiyyəti, o cümlədən Çin mallarının Azərbaycan bazarındakı rolu və digər müxtəlif istiqamətli mövzular müzakirə edildi. Gələcəkdə AR TSP ilə biznes missiyaların, forumların, sərgilərin keçirilməsinə dair danışıqlar aparıldı.

\

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın