29 noyabr 2018-ci il tarixində Ekvador Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Herman Alejandro Ortega Almeida ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlər, sahibkarların qarşılıqlı biznes mübadiləsi, gələcəkdə həyata keçirilməsi mümkün ola biləcək layihələr haqqında müzakirələr aparıldı