19 iyun 2019-cu il tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyevin Rusiya Federasiyası Dövlət Dümasının deputatı Aleksey Kobilev və Rusiyanın Azərbaycandakı səfirinin baş məsləhətçisi Artyom Barkov ilə Palatada görüşü baş tutdu. Görüş zamanı Azərbaycan-Rusiya arasındakı iqtisadi münasibətlər, gələcəkdə görülə biləcək birgə işlər, əməkdaşlıq məsələləri, sərgi və B2B görüşlərin keçirilməsi üçün imkanlar və s. müzakirə olundu.