Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Türkmənistan Ticarət və Sənaye Palatasının birgə təşəbbüsü və təşkilatçılığı ilə 17 may 2022-ci il tarixində hər iki ölkənin iş adamları və sahibkarları üçün "Strateji tərəfdaşlığın genişləndirilməsi" mövzusunda videokonfrans baş tutdu. Konfransın əsas müzakirə sahəsi kənd təsərrüfatı, yeyinti sənayesi, tekstil sənayesi nəqliyyat və s. ibarət idi.
Videokonfrans zamanı ilk olaraq Türkmənistan TSP-nin prezidenti Dovletqaldı Rəcəbov və AR TSP-nin vitse-prezidenti Adil Hüseynov çıxış etdilər. Sonra hər iki ölkənin rəsmi şəxsləri, sahibkarları və iş adamları öz növbəsində çıxış edərək, təşkilatları və şirkətləri barədə ətraflı məlumat verdilər, ikitərəfli əməkdaşlıq üçün potensial tərəfdaşlarla müzakirələr apardılar.