21 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev ilə Türkiyənin Bandırma Ticarət və Sənaye Palatasının prezidenti Bahadır Çolak arasında görüş keçirilib. Görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən 40-dan çox şirkətin nümayəndələri iştirak ediblər.

Görüş zamanı hər iki ölkənin Palataları arasında əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Görüşdən sonra ARTSP-nin dəstəyi ilə Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın