Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Türkiyənin Polatlı Ticarət Palatası arasında qarşlıqlı anlaşmaya əsasən, Ankara İnkişaf Agentliyinin dəstəyi ilə türkiyəli və azərbaycanlı iş adamları üçün üç ay davam edəcək onlayn təlim kursunun ilk günü 10 dekabr 2021-ci il tarixində baş tutdu. “Kənd təsərrüfatı sektorunda onlayn bazar” mövzusunu əhatə edən ilk gündə hər iki Palatadan üzv şirkətlərin nümayəndələri iştirak etdilər. Təlimin digər mövzuları Hədəf bazarda ticarət kəşfiyyatı və müştəri axtarışı texnikaları; Marketin kommunikasiyasında yeni medianın istifadəsi; Qalobal bazar bazasının öyrənilməsi və təlimi olacaq.
Təlimin sonunda, 2022-ci ilin fevral ayında professional formada təşkil olunacaq virtual sərginin keçirilməsi nəzərdə tutulmuşdur.