18 may 2024-cü il tarixində Pakistanın Karaçi şəhərində cari ildə Bakıda keçirilməsi planlaşdırılan “Baku Consumer Expo” sərgisinin təqdimatı keçirildi. Tədbirdə sərginin təşkilatçısı Şeyx Rehan-ur-Rəhman, Karaçi Ticarət və Sənaye Palatasının prezidenti İftixar Əhməd Şeyx, Pakistanın Ticarətin Təşviqi Qurumunun sabiq baş direktoru Anis Alam, sərgi iştirakçıları və digər üzvlər iştirak etdilər. Təqdimatın əsas məqsədi Bakıda keçiriləcək sərgini təşviq etmək, və Azərbaycanın idxal-ixrac bazarı haqqında ətraflı məlumat verməkdən ibarət idi.
“Baku Consumer Expo” sərgisi cari ilin iyul ayında Bakı şəhərində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçiriləcəkdir.