19-20 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Çinin “Huahe İnternational Biznes Konsaltinq” şirkətinin icraatı ilə Bakı İdman Kompleksində İpək Yolu Mallarının V sərgisinin açılışı oldu. Açılışı AR TSP-nin prezidenti Niyaz Əli-zadə həyata keçiridi. Açılış nitqində Çinin iqtisadi bazarının Azərbaycanın qeyri-neft sahəsində vacibliyini qeyd edən cənab Əli-zadə, iki ölkənin iqtisadi münasibətlərindən, Çinin idxal və ixracat sahəsində Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarların əməkdaşlıq etdiyi əsas ölkələrdən biri olduğunu vurğuladı. Sərgi ziyarətçilərin stendləri ziyarət etməsi ilə davam etdi. Sərgi çərçivəsində uyğun sahələr üzrə yerli şirkət nümayəndələri Çin şirkətləri ilə ikitərəfli görüşlər keçirdi.
Çinin bir çox bölgələrindən istehsalçıların iştirak etdiyi sərgidə kənd təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, turizm, ev tekstil, istehsal avadanlıqları, kənd təsərrüfatı və tikinti texnikası, məişət texnikası, məişət əşyaları və bir çox digər sahələrin 60-dan artıq stendləri nümayiş olunudu.