21 may 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının (ARTSP) prezidenti cənab Niyaz Əlizadə ilə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri xanım Zəkiyyə İğılın arasında görüş baş tutmuşdur.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Cənab Niyaz Əlizadə Palatanın əsas fəaliyyət istiqamətləri, sahibkarlığın təşviqi və xarici iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat vermişdir. Xanım səfir isə Əlcəzairin iqtisadi potensialı, prioritet sahələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları istiqamətlər barədə məlumat təqdim etmişdir.

Görüş çərçivəsində AR Ticarət və Sənaye Palatası ilə Əlcəzair Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi razılaşdırılmış və bu istiqamətdə ilkin razılıq əldə olunmuşdur. Bu sənəd gələcəkdə iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradacaq.

Tərəflər, həmçinin qarşılıqlı səfərlərin təşkili, işgüzar forumlar və B2B formatında görüşlərin keçirilməsi kimi təşəbbüsləri dəstəklədiklərini bildirmiş, bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını vurğulamışlar.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın