02 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Rusiyanın Omsk Ticarət və Sənaye Palatasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə missiya-görüş keçirilmişdir.
Nümayəndə heyətinin tərkibində neft-kimya, polad, dəmir, metal emalı və digər sənaye sahələrində fəaliyyət göstərən iş adamları yer almışdır. Görüşdə, həmçinin, Azərbaycan Ticarət və Sənaye Palatasının üzv şirkətlərindən Baku Steel Company, Xəzər Dəniz Gəmiçiliyi və digər sənaye və xidmət müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Tərəflər arasında keçirilmiş görüş çərçivəsində şirkət nümayəndələri öz fəaliyyət sahələri, ixrac potensialı və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat təqdim etmiş, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılmışdır. Görüş zamanı, xüsusilə sənaye sahəsində birgə layihələrin təşviqi, texnoloji bilik mübadiləsi və işgüzar əlaqələrin qurulması imkanları müzakirə olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezindenti Niyaz Əli-zadə ilə Omsk Ticarət və Sənaye Palatasının prezindenti Olqa Pavlovna Fedulova əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamışdır.


