25 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovla Pakistanın Sarhad Ticarət və Sənaye Palatasının vitse-prezidentləri Saad Xan Zahid və Haris Muftinin Palatada görüşü baş tutdu.

Görüş zamanı cari ilin sentyabr ayında Azərbaycan və Pakistanın dövlət rəsmilərinin də iştirakı ilə keçirilməsi planlaşdırılan konfrans, mükafatlandırma mərasimi və B2B görüşlərin təşkili barədə geniş müzakirələr aparılıdı. Pakistan və Azərbaycanın idxal və ixrac imkanları, hər iki ölkə üçün maraqlı ola biləcək sahələrin araşdırılması, tədbirin sahibkarlar üçün effektivliyi və s. məsələlərə toxunuldu. Həmçinin keçiriləcək tədbir çərçivəsində iki Palata arasında “Anlaşma Memorandumu”nun da imzalanması hər iki tərəfdən çox müsbət qarşılandı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın