Cari ilin 26 iyul tarixində Rusiyanın Ryazan vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Lyudmila Kozlova ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu. Görüşdə qarşı tərəfdən tikinti, meşə sənayesini təmsil edən nümayəndələr də iştirak etdilər.

Görüş zamanı hər iki tərəf öz fəaliyyətləri, funksiyaları, üzvlərinə göstərdikləri xidmətlər barədə fikir mübadiləsi apardılar. Ryazan TSP-nin prezidenti xanım Lyudmila qeyd etdi ki, ölkələrimiz arasındakı iqtisadi münasibətlərin müsbət istiqamətdə inkişafı, sahibkarlar və iş adamları üçün qarşılıqlı işgüzar əlaqələrin inkişafına və möhkəmləndirilməsinə zəmin yaradır.

Bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə, Niyaz Əli-zadə öz növbəsində Azərbaycanda və ya Ryazan vilayətində yerli istehsal mallarının sərgisinin keçirilməsini, eyni zamanda biznes görüşlərin təşkil olunmasını təklif etdi.

Səmimi şəraitdə keçən görüşdə gələcək planlar və layihələr müzakirə olundu. Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Ryazan vilayətinin Ticarət və Sənaye Palatası arasında “Əməkdaşlıq haqqında Saziş” imzalandı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın