12 iyul 2024-cu il tarixində Rusiyanın Krasnoyarks vilayətinin “İşgüzar Rusiya” İctimai Təşkilatının rəhbər heyəti, eyni zamanda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlardan ibarət nümayəndə heyəti ilə AR TSP-nin rəhbər heyəti arasında görüş baş tutdu.

Görüş zamanı “İşgüzar Rusiya” təşkilatının fəaliyyəti, gördüyü işlər, eyni zamanda, Krasnoyarsk vilayətinin imkanları, idxal-ixrac potensialları və digər mövzular barədə ətraflı məlumat verildi. Pekində, İstanbulda Astanada kooperativləri olan təşkilatın Azərbaycanda həyata keçirəcəkləri layihələr barədə müzakirələr aparıldı.

AR TSP-nin prezidenti Niyaz Əli-zadə də öz növbəsində, iki ölkə arasında iqtisadi münasibətlər, yeni layihələr, turizm, kənd təsərrüfatı və tikinti sahəsində gedən inkişaf, o cümlədən azad olunmuş Qarabağ ərazisində gedən yenidənqurma işlərinə toxunaraq, gələcəkdə əməkdaşlıq məsələlərinin mümkünlüyünü qeyd etdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın