23 iyul 2024-cü il tarixində Peru Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Sesar Auqusto de las Kasas Dias ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu.

Görüş zamanı Peru və Azərbaycan arasında iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində bir sıra müzakirələr aparılıdı. Perudan Şanxay istiqamətinə və oradan da Avropaya qədər uzanan Mega port layihəsinin gələcəkdə hər iki ölkə üçün də idxal-ixrac, investisiya sahəsində yeni bazara çıxış üçün imkanların yaradılacağı vurğulandı. Hər iki ölkənin əsas iqtisadi sahələri barədə fikir mübadiləsi aparıldı və gələcəkdə ikitirəfli görüşlərin, missiyaların, tədbirlərin keçirilməsi məsələləri müzakirə edildi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın