16 sentyabr 2019-cu il tarixində Palatanın prezidenti Niyaz Əli-zadə Banqladeşin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri M. Allama Siddiki, fəxri konsul Vüsal Rəcəbli və səfirliyin əməkdaşları ilə Palatada görüşdü. Görüş zamanı Banqaldeşin biznes mühiti, iqtisadiyyatı, investisiya potensialı və s. məsələlər müzakirə edildi. O cümlədən, ikitərəfləri əməkdaşlığı daha da inkişaf etdirmək üçün forumların, təqdimatların, B2B görüşlərin, sərgilərin keçirilməsinin əhəmiyyəti vurğulandı. Görüşdə, bir çox iqtisadi məsələlər müzakirə olundu və qərarlar qəbul edildi.