24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Palatasının nümayəndə heyətini qəbul edib.

Görüşdə İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Palatasının beynəlxalq əlaqələr üzrə sədr müavini Seyid Hamed Osgari, Asiya və Sakit Okean ölkələri üzrə idarə rəhbərliyi və İran-Azərbaycan Birgə Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

Tərəflər Azərbaycan və İran arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini, qarşılıqlı investisiya imkanlarını və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş zamanı sənaye, ticarət, logistika və istehsal sahələrində birgə layihələrin həyata keçirilməsi, sahibkarlar arasında əməkdaşlığın təşviqi və qarşılıqlı biznes missiyalarının təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

Həmçinin iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi və yeni iqtisadi təşəbbüslərin həyata keçirilməsi üçün Palatalar arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın