27 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev Türkiyənin Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən türkiyəli iş adamları da iştirak edib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud iqtisadi əlaqələr, sahibkarlar üçün yaradılan imkanlar və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Qars Ticarət və Sənaye Palatasının nümayəndələri bölgənin iqtisadi potensialı və prioritet sahələri haqqında geniş məlumat verərək, Azərbaycan şirkətləri ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Nazim Tatliyev Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılan şərait və yerli sahibkarların dəstəklənməsi istiqamətində görülən tədbirlərdən bəhs edib. O, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, iki ölkə arasında ticarət həcminin artırılması və birgə investisiya layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində iş adamları arasında əlaqələrin qurulması və əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində birgə fəaliyyətin inkişafı üçün təkliflər irəli sürərək, gələcəkdə əməkdaşlıq üçün  addımların atılmasının mümkünlüynü müzakirə ediblər. 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın