26 noyabr 2021-ci il tarixində Türkmənistanın Aşqabad şəhərində Türkmənistan Ticarət və Sənaye Palatası, İƏT Katibliyi və İƏT Ticarət və Sənaye Palatasının (ECO CCI) birgə təşkilatçılığı ilə hibrid formatda İƏT Üzv Dövlətlərinin 4-cü Biznes Forumu keçirildi.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin onlayn şəkildə iştirak etdiyi Biznes Forumda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin nümayəndələri, o cümlədən üzv dövlətlərin Ticarət və Sənaye Palataları, Türkmənistanın müxtəlif nazirliklərinin yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri canlı və onlayn formatda tədbirə qoşuldular.
Tədbir zamanı ticarətin liberallaşdırılması və İƏT-ə üzv olan ölkələr daxilində regional ticarəti gücləndirmək üçün əlaqə vasitələrinin genişləndirilməsi, yolların axtarılması, inteqrasiyanın gücləndirilməsi, həmçinin, 2025-ci ilə qədər olan hədəflər və layihələr müzakirə edildi.