18 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü, Amman Ticarət Palatasının sədr müavini Bahjat Hamdan, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü, Karak Ticarət Palatasının sədri Mamdouh Al-Qaraleh, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü, Maan Ticarət Palatasının sədri Khaled Krieshan, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü və İT sahəsinin nümayəndəsi Haytham Ravaibeh, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü və Mebel sahəsinin nümayəndəsi Homam Habbanakeh, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü və Elektrik və Elektronika sahəsinin nümayəndəsi Hatem Al-Zubi, İordaniya Ticarət Palatasının İdarə Heyətinin üzvü Mahmoud Al-Jalis və İordaniya Ticarət Palatasının İnformasiya Texnologiyaları şöbəsinin rəisi Mohammad Zamaridən ibarət nümayəndə heyəti ilə Palatada görüşü baş tutdu.
Görüş çərçivəsində Palataların fəaliyyəti, hər iki ölkənin potensial iqtisadi sahələri ətraflı müzakirə olundu. Gələcəkdə Ticarət Palataları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarlar üçün qarşılıqlı biznes imkanların yaradılması barədə fikir mübadiləsi aparıldı. Əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə İordaniya Ticarət Palatası arasında Əməkdaşlıq sazişinin imzalanması barədə təklif hər iki Palatanın rəhbərliyi tərəfindən müsbət qarşılandı.