10-11 iyun 2019-cu il tarixlərində Bosco Conference şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının media dəstəyi ilə “İnvestPro Azerbaijan 2019” Forumu keçirilib. 100-dən artıq iştirakçının qatıldığı Forumda, AR TSP-dən də nümayəndələr iştirak edib.

Forumda Azərbaycanda fəaliyyət göstərən qabaqcıl şirkətlərlə yanaşı Böyük Britaniya, İsveçrə, Lixtenşteyn, Kipr, Latviya və s. ölkələrdən olan nümayəndələr öz ölkələrinin biznes mühit, ölkələrarası iqtisadi münasibətlər, beynəlxalq investisiya, biznes immiqrasiyası, aktivlərin qorunması və digər iqtisadi mövzularda çıxışlar edib və iştirakçılarla fəal müzakirələr aparıblar. İki gün davam edən Biznes Forumda B2B görüşlərə də yer verilmişdir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın