İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyinin baş müşaviri ilə görüş

20 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin baş müşaviri Aqus Trimartononu Palatada qəbul etdi.

Görüş zamanı Aqus Trimartono Azərbaycan-İndoneziya arasındakı biznes əlaqələrin inkişafı, ticari missiyaların, tədbirlərin keçirilməsi məsələlərinə toxundu və bundan əlavə qeyd etdi ki, hal-hazırda iki ölkə üçün potensial əlaqələr turizm üzərində qurula bilər. Gələcəkdə əməkdaşlığın inkişafı, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi barədə geniş müzakirə aparıldı. Qonaq həmçinin cari ilin 16-20 oktyabr tarixlərində Cakarta şəhərində keçiriləcək 28-ci “Trade Expo İndonesia” sərgisi barədə geniş məlumat verdi və Palata üzvlərini bu sərgidə iştirak etmək dəvət etdi.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın