23 iyun 2022-ci il tarixində Bakıda gənclərin məşğulluğu və sahibkarlığı üzrə EU4Youth Proqramının III Fazasının tədbiri baş tutdu. Tədbirin rəsmi hissəsində Aİ Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirinin müavini, Litva Respublikasının Azərbaycandakı səfiri və digər dövlət strukturlarının nümayəndələri çıxış etdilər. AR TSP-nin nümayəndəsinin də iştirak etdiyi tədbir, gənclərin məşğulluğu və sahibkarlığı üzrə EU4Youth Proqramının III Fazasının təqdimatı, hədəfləri, məqsədləri və ilk addımları, EU4Youth proqramının strukturu və CPMA-nın rolu barədə çıxışlar ilə davam etdi. Tədbir müzakirələr və sual-cavabla işini yekunlaşdırdı.