3 sentyabr 2015-ci il tarixində Türkiyənin Ankara şəhərində Avropa Palataları Assosiasiyasının 2016-cı il üçün Rəyasət Heyətinin seçkiqabağı iclası keçirildi. Avropa Palataları Assosiasiyasının vitse-prezidenti, Türkiyə Palatalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlunun təşkilatçılığı ilə baş tutan iclasda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyev iştirak etmişdir.
Keçirilən tədbirdə müxtəlif ölkələrin Palatalarından Rəyasət Heyətinə namizədliyin irəli sürülməsi və seçki məsələlərinə baxılmışdır. O cümlədən, Avropa Palataları Assosiasiyasının üzv ölkələr ilə əməkdaşlıq, iş prinsipləri və s. müzakirə olunmuşdur.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın