Cari ilin 28 iyul tarixində Bakıda Avropa Birliyi tərəfindən maliyyələşdirilən "EU4Environment" layihəsi çərçivəsində "Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) Təşəbbüsü üzrə Maraqlı Tərəflər Qrupu"nun iclası keçirildi.
İclasda Azərbaycanda "EU4Environment" layihəsinin dairəvi iqtisadiyyat və yeni artım imkanları komponentləri müzakirə olundu. Bir çox dövlət qurumlarının və özəl müəssisələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə AR TSP-nin təşkilat şöbəsinin nümayəsi də işirak edərək, müzakirələrə qoşuldu.


