25 may 2020-ci ildə Avropa Palataları Assosiasiyasının təşkilatçılığı, Avropa Birliyinin təşəbbüsü və maliyyələşdirməsi ilə həyata keçiriləcək yeni “EU4Business: Connecting Companies” layihəsinin növbəti videokonfransı keçirildi.
Konfransda Avropa Palataları Assosiasiyasına üzv olan bir çox ölkələrin Palatalarının, o cümlədən AR TSP-nin nümayəndələri ilə birgə 70-ə yaxın iştirakçı iştirak etdilər.
Videokonfrans çərçivəsində layihə haqqında daha ətraflı məlumat verilərək, layihənin başlanğıcı üçün ölkələrarası çağırışa start verildiyi açıqlandı. Video konfrans iştirakçıların suallarının cavablandırılması ilə işini yekunlaşdırdı.


