Ərdəbil Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş

Cari ilin avqust ayının 22-də Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasında Palatanın vitse-prezidenti Adil Hüseynovun İran İslam Respublikasının Ərdəbil şəhərinin Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü kecirilmişdir. Nümayəndə heyətinin tərkibinə Ərdəbil əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının hörmətli sədri (nümayəndə heyətinin başçısı) Hüseyn Pirmüəzzən, Ərdəbil Bələdiyyəsinin hörmətli sədri Sədif Bədri, Palata sədrinin hörmətli müavini Bəhruz Pursüleyman və digər rəsmi şəxslər daxil idi. Qonaqları səmimi salamlayan Palatanın vitse-prezidenti Adil Hüseynov, onlara ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə geniş məlumat vermişdir.

Qonaqları ölkəmizdə işgüzar ab-hava, sahibkarlığın inkişafında, biznes dairələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlığın mümkünlüyü məsələlərində Palatanın iştirakı maraqlandırırdı. Görüş dostluq və səmimi şəraitdə keçmişdir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın