21 aprel 2022-ci il tarixində Dünya Bankının (World Bank Group) Avropa və Asiya regionları üzrə nümayəndəsi Karina Baba ilə AR TSP-nin nümayəndələri ilə görüş baş tutdu.
Görüş zamanı hər iki təşkilatın yaranması, tarixi, fəaliyyəti, beynəlxalq iqtsadi əlaqələri ətraflı müzakirə olundu. Pandemiya zamanı Azərbaycanda keçirilən islahatlar, KOB-lara dəstək və bu istiqamətdə baş tutan tədbirlər, müasir dünya düzəninə keçid, o cümlədən, gələcəkdə iki təşkilat arasında əməkdaşlıq məsələlərinin mümkünlüyü və bu kimi bir çox mövzulara toxunuldu.