25 noyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Fimple və Algoritma şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində mikromaliyyə sektoru üçün nəzərdə tutulmuş Yeni Nəsil Rəqəmsal Bankçılıq Platformasının təqdimatı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndəsi iştirak etmişdir.
Təqdimat zamanı bank olmayan kredit təşkilatları üçün qısa müddətdə tam rəqəmsal bankçılıq xidmətlərinin qurulmasına imkan verən platformanın əsas üstünlükləri və tətbiq imkanları müzakirə olunmuşdur.


