Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri ilə görüş
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyza Əli-zadə ilə Cənubi Afrika Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vika Xumalonun Palatada görüşü baş tutdu.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı, əlaqələrin genişləndirilməsi, Azərbaycanın sərmaye imkanları, iqrisadiyyatı və s. mövzular müzakirə edilmişdir. Səfir son illərdə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının uğurlarını qeyd etmiş və iki ölkənin iqtisadi imkanlarının dəyərləndirilməsini vurğulamışdır.