Bakıdan "Kosmosa Səyahət"
Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə ABŞ-ın Kosmik və Raket Mərkəzinin "Kosmosa səyahət" adlı sərgisinin açılışı baş tutub. 2014-cü ilin fevral ayına kimi davam edəcəyi nəzərdə tutulan sərginin əsas məqsədi xüsusilə gənclərin kosmik fəza barədə biliklərinin artırılması və bu sahədə maarifləndirilməsi, o cümlədən İKT sahəsində yeni texnologiyaların öyrənilməsinə, inkişaf etdirilməsinə dəstəkdir. Qeyd etmək istərdik ki, sərgidə Azərbaycanın kosmik nailiyyətləri də nümayiş etdirilir.
2014-cü ilin 23 fevral tarixinə kimi "Kosmosa səyahət" sərgisinin qapıları öz ziyarətçilərinin üzünə açıqdır. Bakıdan sonra sərgi Milan, Paris, Amsterdam, Brüssel kimi digər Avropa ölkələrində də sərgilənəcək.