25.09.2020-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye
Palatasının «Azərekspertiza» Birliyinın yaradilmasın 25 ili tamam olur.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəznində
yaradılmış 1989-cu ildə “Azərekspertiza” firması kimi, 1995-cü ildən isə
“Azərekspertiza” Birliyi kimi bu günə qədər fəaliyyət göstərir.
“Azərekspertiza” Birliyi çox sahəli təşkilatdır. Öz Nizamnaməsini rəhbər
tutaraq Birlik dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin sifarişi əsasında
aşağıda qeyd olunan işləri yerinə yetirir:
Kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin
tələblərinə uyğun olaraq) əmtəənin məhsulun kəmiyyət və keyfiyyət
ekspertizası;
Əmtəə və nəqliyyat vasitələrinin identifikasiyası, o cümlədən gömrük
məqsədi ilə;
Əmtəənin mənşə ölkəsinin müəyyən edilməsi ekspertizası;
Yükün, o cümlədən sığorta edilmiş yükün vəziyyətinin ekspertizası;
Keyfiyyətin itirilməsi nəzərə almaqla sığortaçıya dəyən zərərin dəyə
ifadəsi və ya sığorta hadisəsinin başlanılması zamanı faktiki
kəmiyyəti;
Məhsulun istehsal həcminin, dəyərinin və xərclərin müəyyən edilməsi
ekspertizası;
Daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi;
Alqı-satqı, girov, şəhmləşdirmə məqsədilə girov qoyulmuş əmlak
bazar qiymətinin müəyyən edilməsi (girov goyulan əmlakın/malların
kəmiyyətinin, keyfiyyətinin və dəyərinin təmin edilməsi);
Tikinti, mühəndis-texniki, əmtəəşünaslıq və qüvvədə olan
qanunvericilikdə qadağan edilməyən fəaliyyət növləri.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının rəyasət
heyatının adından «Azərekspertiza» Birliyinın kollektivini bu əlamətdar
günü ilə əlaqədar olaraq təbrik edirik və qələcək fəaliyyətində uğurlar
arzulayırıq.