Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 25 iyun 2019-cu il tarixində Bakıda Azərbaycan-Montenegro Biznes-Forumu keçirilib. Forumda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev və Montenegronun Baş naziri cənab Duşko Markoviç, Monteneqronun İqtisadiyyat Palatasının  vitse-prezidenti İvan Savelyiç və AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək son illər iki ölkə arasındakı iqtisadi münasibətlərin möhkəmlənməsi, Azərbaycanın Montenegrodakı investisiyaları, turizm sahəsi, Montenegroda və Azərbayanda biznes mühit və s. mövzulara toxunublar. Sonda Montenegroda fəaliyyət göstərən dəniz və hava nəqliyyatı, turizm, poçt xidməti, tikinti, su təchizatı və s. şirkət nümayəndələri ilə yerli iş adamları arasında B2B görüşlər keçirilib. Forumda AR TSP-dən də nümayəndələr iştirak ediblər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın