Azərbaycan və Ural Ticarət və Sənaye Palataları arasında "saziş" imzalandı

15 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadə Ural Ticarət və Sənaye Palatasının rəhbərliyi və bir neçə iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi.

Görüş zamanı Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında iqtisadi-ticari məsələlər, o cümlədən, hər iki Palata arasında münasibətlərin möhkəmləndirilməsi, yerli sahibkarların vilayətin şirkət və müəssisələri barədə məlumatlandırılması, qarşılıqlı və davamlı işgüzar səfərlər və s. mövzular müzakirə olundu.

Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Ural Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq barədə "Saziş" imzalandı. "Saziş"i Azərbaycan TSP tərəfindən Birinci vitse-prezident Niyaz Əli-zadə, Ural TSP tərəfindən Vitse-prezident Aleksandr Viktoroviç Makarov imzalamışdır.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın