05 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev ilə İspaniya Krallığının Türkiyədəki Səfirliyinin İqtisadiyyat və Ticarət Müşaviri Şayeste Ekinci arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və İspaniya arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi, biznes imkanlarının genişləndirilməsi və hər iki ölkənin iş adamları üçün yeni əməkdaşlıq platformalarının yaradılması kimi mühüm məsələlər müzakirə edilib. Tərəflər iqtisadi əlaqələrin inkişafı məqsədilə işgüzar görüşlərin və sərgilərin təşkili, investisiya imkanlarının dəyərləndirilməsi və qarşılıqlı biznes missiyalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Şayeste Ekinci Azərbaycan bazarının İspaniya iş adamları üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, xüsusilə kənd təsərrüfatı, enerji, turizm və sənaye sektorlarında əməkdaşlığın genişləndirilməsi potensialını yüksək qiymətləndirib. 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın