08 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında İslamabad Ticarət və Sənaye Palatasının prezidenti cənab Zəfər Baxtavari və İdarə heyətinin üzvü, Ekspo Komitəsinin Sədri cənab Munavar Mughal ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti cənab Niyaz Əli-zadə və vitse-pezidenti Mehman Əhmədovun görüşü keçirildi.

Səmimi şəraitdə keçən görüşdə Pakistanın Azərbaycan bazarına olan marağı, iki tərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi və digər məsələlər geniş şəkildə müzakirə olundu. İslamabad-Bakı birbaşa hava xəttinin olmaması və bunun iqtisadi münasibətlərə təsiri də xüsusi olaraq vurğulandı. Hər iki ölkənin iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı biznes səfərlərinin keçirilməsi barədə razılığa gəlindi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın