Cari ilin 17 may tarixində Bakıda Azərbaycan-Avropa İttifaqı Biznes forumu keçirildi. Forumda hər iki tərəfin rəsmi nümayəndələri, beynəlxalq və yerli təşkilatlar, ekspertlər və sahibkarlar iştirak etdilər.

Baş tutan tədbirdə Avrop İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, Azərbaycan Respublikası  İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmilər çıxış etdilər. Çıxışı zamanı Peter Mixalko Azərbaycanın coğrafi mövqeyinin nəqliyyat-tranzit baxımından əlverişli olması, Avropa və Azərbaycan arasında beynəlxalq iqtisadi əlaqələr, azad olunmuş torpaqlarda yeni layihələrin həyata keçirilməsi kimi mövzulara toxundu. Mikayıl Cabbarov öz növbəsində, Azərbaycanın beynəlxalq iqtisadi vəziyyətindən, Avropa standartlarının yerli iqtisadi sferada tətbiqindən məlumat verdi. Aİ-nın Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu qeyd edən cənab nazir, Azərbaycan-Aİ arasında işgüzar əlaqələrin inkişaf etdirilməsində hər iki tərəfin böyük marağı olduğunu vurğuladı.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurmaq layihələrində 54% Avropa şirkətlərinin layihələrlə maraqlandığı, 14%-nin isə artıq investisiyalarda iştirak etdiyi "Aİ biznes mühiti hesabatı - 2021"in təqdimatı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Biznes forum, təqdim olunan hesabat barədə ekspertlərin rəyləri, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirəsi, sualların cavablandırılması ilə davam etdi

AR TSP-nin prezidenti Niyaz Əli-zadə sözügedən tədbirdə iştirak edərək, qarşı tərəfin nümayəndələri ilə işgüzar görüşlər həyata keçirdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın