Cari ilin 16 sentyabr tarixində Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Biznes Forumu keçirildi. Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın da iştirak etdiyi biznes forumda, hər iki ölkənin dövlət rəsmiləri ilə yanaşı, ticarət, sənaye, nəqliyyat və logistika, kənd təsərrüfatı, tikinti, energetika, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın iş adamları da iştirak etdi.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdi, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərini müzakirə etdilər.
Forumda iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev Türkiyənin rəsmiləri ilə görüşərək iki ölkə arasında iqtisadi münasibətləri, qarşılıqlı əməkdaşlıq məsələlərini və s. müzakirə etdilər.