05 sentyabr 2019-cu il tarixində Bakıda Pakistanın Sərhəd Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının əməkdaşlığı ilə Azərbaycan-Pakistan Biznes Forumu keçirilmişdir. Tədbirdə hər iki ölkənin rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və s. sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak edib.

 Tədbirdə hər iki ölkənin rəsmiləri çıxış edib, iş adamları ikitərəfli görüşlər keçirib və əməkdaşlıq məsələləri müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Sərhəd Ticarət və Sənaye Palatası arasında “Anlaşma Memorandumu” imzalanıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın