İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 16 may 2019-cu il tarixində Bakıda Azərbaycan-Çexiya Biznes- Forumu keçirilib.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, maliyyə, nəqliyyat-logistika, İKT, təhsil və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Forumda iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopustla görüşərək, iki ölkə arasında iqtisadi münasibətləri, qarşılıqlı əməkdaşlıq məsələlərini və s. müzakirə etdilər.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.