Avropa Palataları Assosiasiyasının (Eurochambres) təşəbbüsü və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçığı ilə yaxın günlərdə start verəcək Avropa Palataları Assosiasiyasının idarəçiliyi və Avropa Birliyinin maliyyələşdirməsi ilə yeni “EU4Business: Connecting Companies” layihəsinin onlayn təqdimatı keçirildi. Cari ilin 22 aprel tarixində keçirilən onlayn təqdimatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, AZPROMO, KOBİA, AHK-Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri iştirak etdilər.
Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən yeni layihənin əsas prinsipi Avropa ölkələri ilə Şərq Tərəfdaşı ölkələri (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldoviya, Ukrayna) arasında iqtisadi əlaqələri möhkəmləndirmək, spesifik seçilmiş sahələr üzrə (şərab, bio-orqanik ərzaq, tekstil, turizm, kreativ sənaye) kiçik və orta sahibkarları beynəlxalq arenada yeni xarici bazara çıxarmaq, B2B görüşlər, akademiyalar, tvinninqlər keçirərək Avropa standarları ilə tanış etməkdən ibarətdir.
Yeni layihə yerli təşkilatlar tərəfindən maraqla qarşılandı