Argentina Respublikasını Azərbaycandakı səfirliyinin müşaviri ilə görüş
03 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasında Argentina Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Qabriel Alejandro Jorquera ilə Palatanın vitse-prezidenti Adil Hüseynovun görüşü keçirildi. Səmimi şəraitdə keçən görüşdə Argentina şirkətlərinin Azərbaycan bazarına olan marağı, iki tərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi və digər məsələlər geniş şəkildə müzakirə olundu. Hər iki ölkənin iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı biznes səfərlərinin keçirilməsi barədə razılığa gəlindi.