06 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadi və Kommersiya bölməsinin rəhbəri və səfirliyin ikinci katibi Dimitrios Maos ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təşviqi, işgüzar dairələr arasında B2B görüşlərin təşkili və biznes əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Bununla yanaşı, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Yunanıstanın müvafiq biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcəkdə əməkdaşlıq sazişinin imzalanması imkanları da diqqət mərkəzində olub.

Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın