“FOODERA EXPO 2026” sərgisi, Özbəkistan, Səmərqənd

Bildiririk ki, 27–29 oktyabr 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində yerləşən “SOF EXPO SAMARKAND” sərgi kompleksində qida məhsulları və qablaşdırma sahəsinə həsr olunmuş “FOODERA EXPO 2026” Beynəlxalq İxtisaslaşdırılmış Sərgisi keçiriləcəkdir.

Sərgi qida məhsulları istehsalçılarını, qida sənayesi üçün avadanlıq və texnologiya təchizatçılarını bir platformada birləşdirərək yeni tərəfdaşlıqların qurulması, məhsulların təqdim edilməsi, regional bazarın öyrənilməsi və yeni biznes əlaqələrinin yaradılması üçün imkanlar təqdim edir. Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan alıcıların, distribyutorların, pərakəndə şəbəkələrin, HoReCa sektorunun nümayəndələrinin və idxalçıların iştirakı nəzərdə tutulur.

Sərgidə iştirak etmək və məhsullarınızı təqdim etməkdə maraqlı olduğunuz təqdirdə, əlavə məlumat üçün tədbirin təşkilatçıları ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə məlumatları:
Tel.: +998 55 705 0 705 / +998 88 933 0 705
E-mail: info@sofexpo.uz
Veb-sayt: www.sofexpo.uz

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın